Logo

“İran anlayır ki, ABŞ və İsrail zarafat etmir” – Tehran yumşaq siyasətə keçir

“İran anlayır ki, ABŞ və İsrail zarafat etmir” – Tehran yumşaq siyasətə keçir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran Xarici İşlər Nazirliyi noyabr ayının sonunda Vyanada nüvə razılaşması ilə əlaqədar danışıqların başlayacağını bəyan edib.

Ruhani hakimiyyəti illərində İranın qərarverici din xadimləri buna qarşı idilər, indiki Rəisi hökuməti isə kompromistlərə daha yaxın mövqedədir.

Maraqlıdır, İranı güzəştsiz xarici siyasətdən əl çəkməyə vadar edən səbəblər hansıdır?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri İranın hazırda təkləndiyini və rəhbərliyin buna uyğun olaraq siyasətdə dəyişiklik etdiyini bildirib:

"Əvvəllər İbrahim Rəisi güzəştsiz siyasət yürütməyi planlayırdısa, sonradan bunun bir işə yaramadığını anladılar. Yəni həmin kompromissiz davranış tərzini təkcə ABŞ-a qarşı yox, Azərbaycan və digər qonşu ölkələrə qarşı yürüdülən siyasətdə də gördük. Bu gün İran yanlış xarici siyasət nəticəsində həm regionda, həm də qlobal səviyyədə təcrid olunmuş vəziyyətdədir. Hətta İranın özünə tərəfdaş hesab etdiyi Rusiya da geosiyasi maraqları üçün İranı dəstəkləməkdən imtina etdi. Bununla da İran anladı ki, güzətşsiz siyasət İranı faciəyə aparır. Bundan başqa, ABŞ İrana hərbi variantın da masada olduğunu izah edə bildi. İsrail hazırda İranın beton dərinliklərində yerləşən nüvə silahlarını vurmaq üçün hərbi texnikalar üzərində işləməkdədir. Hətta bu yöndə büdcəninin müəyyənləşdirilməsi və hərbi təlimlərin keçirilməsi kimi bütün məsələlər müəyyənləşdirilib. İran da anlayır ki, bu məsələdə ABŞ və İsrail zarafat etmir”.

Ekspert ABŞ, Rusiya və İsrail Təhlükəsizlik Şurası sədrlərinin İranla əlaqədar görüşəcəyini deyib:

"Bütün iqtisadi sanksiyalar aradan qaldırıldıqdan sonra ABŞ-la nüvə danışıqlarının başlama ehtimalının olduğunu irəli sürən İran bu gün nədənsə  belə danışmağa üstünlük vermir. Beləliklə, İranın maksimalist iddialardan uzaqlaşdığı görünür. İran Rusiya və ABŞ kimi ölkələrlə birgə çıxış etmək istəsə də, bu gün görünən odur ki, İran başa düşür ki, Rusiya onu gözardı edə, sata bilir. Bu yaxınlarda İsrail baş nazirinin Rusiyaya səfəri oldu. Bundan başqa ABŞ, Rusiya və İsrail Təhlükəsizlik Şurası sədrlərinin görüş planlaşdırması ilə bağlı fikirlər var. Bu görüşdə əsas predmetin İran olması da heç kimə sirr deyil. Ona görə düşünürəm ki, İranın bu cür güzəştli danışması anlaşılandır. Son proseslər, prezident İlham Əliyevin Zəngilan səfəri və s. göstərdi ki, İran daşı ətəyindən tökməli, region danışıqlarına getməlidir. Çünki İranın sülh və təhlükəsizliyinin açarı budur”.

Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR