Logo

“Bu aeroport təkcə Qarabağ üçün deyil, bütün türk dünyası üçün vacibdir” – Qabil Hüseynli

“Bu aeroport təkcə Qarabağ üçün deyil, bütün türk dünyası üçün vacibdir” – Qabil Hüseynli
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Tarixə nəzər salsaq görərik ki, türklər heç vaxt bir-birinin üstünlüyünü qəbul etməyib. Əksər hallarda məhz buna görə qüdrətli türk imperiyaları parçalanıb, yaxud bir-birinin süqutunu sürətləndirən müharibələr ediblər. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Füzuli aeroportunun açılış mərasimində iştirak etməsi bunu deməyə əsas verir ki, bu, nəinki yeni tariximiz, bütövlükdə türk tarixinə düşəsi bir hadisədir”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Füzuli aeroportunun açılış mərasimində iştirak etməsini dəyərləndirərkən deyib.

O, bildirib ki, Türkiyə və Azərbaycan dövlət başçılarının son illərdə sərgilədiyi mövqe türk tarixində bir ilkdir:

"Son 10 ay ərzində Ərdoğanın Azərbaycana 3 səfəri olub və hər səfərlərdə Türkiyə-Azərbaycan əlaqələrinin daha da inkişafı və möhkəmləndirilməsi istiqamətində konkret addımlar atıb. Atılan bu addımlar hər şeydən əvvəl, bütün dünyaya verilən mesajdır. Yəni Türkiyə və Azərbaycanı təkcə din, dil, ortaq dəyərlər deyil, həm də regionumuzun gələcəyi ilə bağlı baxışlar, strategiyalar birləşdirir. Ümumiyyətlə türk tarixində iki türk liderinin bu qədər səmimi olması, birlikdə hərəkət etməsi, ortaq maraqdan çıxış etməsi nadir, bəlkə də analoqu olmayan bir hadisədir”.

Politoloqun sözlərinə görə, Türk dünyasının quru qapısı Zəngəzur dəhlizi, hava qapısı isə Füzuli aeroportu olacaq:

"Füzuli aeroportu sıradan bir hava limanı olsa idi, əminəm ki, Türkiyə prezidenti açılışda iştirak etməzdi. Bu aeroport təkcə Qarabağ üçün deyil, bütün türk dünyası üçün vacibdir. Mərkəzi Asiya türkləri Füzuli aeroportu vasitəsi ilə həm də Türkiyəyə səfər edə biləcək. Türkiyə və Azərbaycan prezidentlərinin regionda yaratmaq istədiyi platforma də zənnimcə, elə budur”.

Turan Rzayev
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR