Logo

“Qubadlının bərpası erməni vandalizminin ifşası ilə paralellik təşkil edir” – Qabil Hüseynli

“Qubadlının bərpası erməni vandalizminin ifşası ilə paralellik təşkil edir” – Qabil Hüseynli
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qubadlı işğaldan azad edilən ərazilər içərisində xüsusi əhəmiyyətə malikdir. Qubadlı rayonu torpaqlarımızın işğalı dövründə ilk hücuma məruz qalan ərazilərdən idi. Həmin rayonun daha çox dağıntılara məruz qalmasının səbəbi də məhz budur. Təsadüfi deyil ki, bunu bilən Prezident İlham Əliyev də rayona səfəri zamanı ictimaiyyətlə görüşündə "biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq” fikrini səsləndirdi”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 25-də Qubadlı rayonuna səfərini dəyərləndirərkən deyib.

O, bildirib ki, işğal dövründə Qubadlı Qafqazın Xirosiması adlandırıla biləcək bir hala salınıb:

"Erməni vandalizminin qurbanı olan və 27 illik işğal dövründə təbii sərvətləri talanan Qubadlı rayonunun bərpası bir çoxları üçün imkansız görünürdü. Məsələ ondadır ki Qubadlı təbii sərvətlərlə zəngin, kənd təsərrüfatına yararlı torpaqlara sahibdir. Bununla belə, erməni işğalının izlərini ən qabarıq şəkildə büruzə verən rayon da məhz Qubadlıdır. 27 il ərzində istismara və dağıntıya məruz qalan Qubadlı bir ildən qısa müddətdə artıq yenidən yaşayışa hazır hala gəlir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimi, "Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı Qubadlının sürətli bərpasının təcəssümüdür. Prisip etibarilə, bu açılışlar ölkənin istənilən ərazisində baş versəydi normal hal kimi qəbul etmək olardı, ancaq qeyd olunan açılışlar 27 ildir işğalda qalan Qubadlıda baş verir. Qubadlı yenidən canlanır. Qubadlı yenidən sakinlərini qarşılamağa hazırlanır”.

Politoloq düşünür ki, Qubadlı başda olmaqla, işağaldan azad edilən ərazilərin bərpasını görən dünya ölkələri bir daha anlayacaq ki, əsl işğalçı kimdir:

"Ermənilər illərlə dünyaya Qarabağın qədim erməni torpağı olması ilə bağlı saxta məlumatlar yayıb. Hətta bir çox ölkələri bu yalana inandıra da biliblər. Lakin əsl həqiqət bu gün Qarabağın bərpa prosesində üzə çıxır. Qarabağ ermənilərin qədim topağı olsaydı, onlar bu ərazində kütləci dağıntılar törətməzdilər. Qarabağ erməni topağı olsa idi, ermənilər bu ərazilərə bu cür laqeyd olmazdı. Lakin işğaldan sonra biz qısa müddətdə Qarabağda əsaslı işlər görmüşük. Bu işlərə isə birbaşa Prezident İlham Əliyev özü nəzarət edir.

Nəticə etibarilə, görülən işlər böyük qayıdış planının əsasında olsa da eyni zamanda işğal dövründə Qubadlıda və digər rayonlarda dəhşətli dağıntıların, vandalizmin törədilməsi, erməni faşizminin təzahürlərinin tam ifşa olunmasına hesablanıb”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR