Bakıda “Gelandewagen”lə PPX avtomobili toqquşdu, polis əməkdaşı yaralandı
Kateqoriya məlum deyil
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər evrir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
O qeyd edib ki, hadisə bu gün səhər saatlarında paytaxtın Ağ Şəhər ərazisində qeydə alınıb. Belə ki, "Gelandewagen” markalı avtomobillə Post Patrul Xidmətinin avtomobili toqquşub. Nəticədə polis əməkdaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.






