Logo

Görüşün bu tarixdə keçirilməsi Əliyevin tələbidir? – Moskvadan öncə Füzuliyə, sonra isə...

Görüşün bu tarixdə keçirilməsi Əliyevin tələbidir? – Moskvadan öncə Füzuliyə, sonra isə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın "RİA Novosti” agentliyi noyabrın ilk on günlüyündə Kremldə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçiriləcəyini iddia edib.

Ehtimal ki, görüşün keçiriləcəyi tarix məsələsində Prezident İlham Əliyevin istəyi nəzərə alınıb. Əliyevin üçtərəfli görüşün məhz noyabrın ilk on günlüyündə keçirilməsini istəməsi isə heç də təsadüfi deyil.

Birincisi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi üçün Azərbaycana (Füzuliyə), Prezident İlham Əliyev isə noyabrın 12-də Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü üçün Türkiyəyə (İstanbula) səfər edəcək. Əliyevin üçtərəfli görüşün bu iki görüş aralığında, yəni noyabrın ilk on günlüyündə keçirilməsini istəməsi onun əlini qüvvətləndirəcək.

Ehtimal ki, Türkiyə və Azərbaycan prezidentləri oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanını açılış mərasimindən sonra mətbuata qapalı görüş keçirəcək və bu görüşdə Bakı və Ankaranın ortaq tələbləri, güzəştə gedilə biləcək məslələr və s. müzakirə ediləcək.

Üçtərəfli görüşdən sonra Prezident İlham Əliyev noyabrın 12-də Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü üçün Türkiyəyə (İstanbula) səfər edəcək və ehtimal ki, burada Moskva görüşünün nəticələri müzakirə edilərək, atılacaq addımlar müəyyənləşəcək.

İkincisi, görüşün noyabrın 8-i və ya 9-da keçiriləcəyi iddia edilib. Xatırladaq ki, "RİA Novosti” Rusiya hakimiyyətinə bağlı informasiya resursudur. Ona görə də liderlərin noyabrın 8-i və ya 9-da görüşəcəyi ehtimalı yüksəkdir. Bu isə İkinci Qarabağ müharibəsinin bitməsinin bir ilinin tamamına təsadüf edir. Prezident İlham Əliyev görüş tarixinin 44 günlük müharibənin ildönümünə təsadüf etməsi ilə Kremlə və İrəvana Azərbaycanın müharibənin qalib tərəfi olduğunu bir daha xatırladaraq, görüş zamanı "məğlub və qalib reallığı unudulmamalıdır” mesajını verir. 

İndiki halda düşünmürəm ki, Kremldə keçiriləck üçtərəfli görüşdə yekun sülh müqaviləsi imzalansın. Bununla belə, bu görüşün nəticəsi bizə yekun sülh müqaviləsi ilə bağlı ümumi fikir formalaşdıra bilər.Görüşün gündəliyində iki məsələ var.

1) Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası;

2) Bölgədə nəqliyyat kommunikasiyalarının açılması.

Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına dair razılıq əldə olunsa və bölgədə nəqliyyat kommunikasiyaları açılsa bunu yekun sülh müqaviləsi üçün zəmin hesab etmək olar. Prinsip etibarilə növbəti bir görüşdə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıya bilər.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR