Logo

Xəstə olduğu deyilən Artur Rasizadədən AÇIQLAMA

Xəstə olduğu deyilən Artur Rasizadədən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabiq baş nazir Artur Rasizadə səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sfera.az xəbər verir ki, modern.az-a telefon açan sabiq baş nazir Artur Rasizadə bildirib ki, hazırda sağlıq durumu çox yaxşıdı və narahat olmağa heç bir əsas yoxdur:

"Kefim də yaxşıdır, səhhətim də... Hətta lap əlayam!”.

Artur Rasizadə deyib ki, doğrudan da bu günlərdə xaricdə - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Amma artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələrilə bir həftəliyə gedibmiş.

Sabiq baş nazir onu da əlavə edib ki, yaxın günlərdə 8 noyabr Zəfər günü ilə bağlı ürək sözlərini də Modern.az-ın oxucuları ilə bölüşəcək.

86 yaşlı Artur Rasizadə 22 il (1996-2018) Azərbaycanın Baş naziri postunda çalışıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR