Logo

“İran narkotiki Avropa bazarına bu terror təşkilat vasitəsilə çıxarır” - Qabil Hüseynli

“İran narkotiki Avropa bazarına bu terror təşkilat vasitəsilə çıxarır” - Qabil Hüseynli
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Hər iki Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində Azərbaycana qarşı yüzlərlə PKK terrorçusu döyüşüb. Prinsip etibarilə Ermənistanın terrora dəstək verən ölkə olması bizi təəccübləndirmir. Lakin bir sual bu gün də aktual olaraq qalır: İraqın və Suriyanın şimalında fəaliyət göstərən PKK terrorçuları Ermənistana və Qarabağa hansı ölkə üzərindən keçib?”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, bildirib ki, PKK terrorçuları Ermənistana birbaşa quru yolu ilə keçə bilməzdi:

"Məsələ ondadır ki, PKK terrorçuları Ermənistana ya Türkiyə, ya da İran üzərindən keçə bilər. Türkiyə Azərbaycanın strateji müttəfiqi olduğundan və adıçəkilən terror təşkilatı ilə illərdir mübarizə apardığından Türkiyə ehtimalı sıradan çıxır. Bu fakt İranın həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı PKK terrorçularının Ermənistana keçməsinə şərait yaratdığını sübut edir”.

Politoloq düşünür ki, İranın PKK-ya dəstəyi təsadüfi deyil. Çünki PKK-nın məhv olması həm də İranın qlobal narkotik ticarətinə ciddi zərbə vura bilər:

"Məsələ ondadır ki, İran narkotik maddələri Avropa və MDB məkanına məhz PKK və bu kimi terrorçu birləşmələr vasitəsilə çıxara bilir. PKK-nın Avropadakı nüfuzu və bağlantıları hər kəsə bəllidir. Bundan əlavə, bu terror təşkilatı öz varlığını narkotik ticarətindən əldə edilən gəlirlərə borcludur. Yəni İran təkçə terror təşkilatına dəstək verən bir ölkə deyil, eyni zamda beynəlxalq narkotik ticarətində aparıcı ölkədir”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR