“Bu cür pulsuz səhiyyənin olmağındansa...” – Milli Məclisdə müzakirə
Kateqoriya məlum deyil
"Bir ölkədə 5 səhiyyə qurumu olsa, həmin ölkədə xaos yaşanar. Bizdə də vəziyyət belədir."
Bunu deputat Razi Nurullayev deyib. Deputat icbari sığorta sisteminin işə yaramamasından danışıb.
"Sığorta sistemini tətbiq etsək də, bu həkim və xəstəxanalar tərəfindən boykot edilir. Bu da həmin şəxslərin az qazanmasına səbəb olur. Bu baxımdan icbari sığortadan faydalanmaq istəyən şəxs tibb müəssisələrində aqressiya ilə qarşılaşır. Bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən iş görülməlidir. Bu cür pulsuz səhiyyənin olmağındansa az miqdarda pul ödəməklə insanlar xəstəxana xidmətindən faydalansa daha yaxşı olardı. Qətiyyətlə deyə bilərəm ki , xaosun hökm sürdüyü sahələrdən biri də səhiyyə sistemidir”.Əzizə Zeynal






