"Oktyabrın 18-i qeyri-iş günü olmalıdır" - Etiraz
Kateqoriya məlum deyil
"Oktyabrın 18-i qeyri-iş günü kimi qeyd edilməlidir".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli deyib.
Millət vəkili 28 May Respublika gününün qeyri iş günü olduğunu xatırladıb:
"Mən bu günlər arasında fərq qoyulmasını düzgün hesab etmirəm. Dövlət bayramı gününün qeyd edilməsi Prezidentin fərmanında varsa, onun peşə günü kimi qeyd edilməsini istəməzdik. Hər iki bayram tarixi qeyri-iş günü kimi qeyd olunmalıdır”.
Əzizə Zeynal
Sfera.az






