Logo

Şuşa Mədəniyyət Mərkəzi Sumqayıtdan KÖÇÜRÜLƏCƏK

Şuşa Mədəniyyət Mərkəzi Sumqayıtdan KÖÇÜRÜLƏCƏK
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Şuşa Mədəniyyət Mərkəzi Sumqayıtda yox, Şuşada açılmalıdır".

Sfera.az xəbər verir ki, bunu deputat Aqil Abbas deyib.

"Prezident Şuşanın mədəniyyət mərkəzi olması ilə bağlı sərəncam imzalayıb. Lakin çox qəribədir ki, burada Mədəniyyət Mərkəzi yoxdur, Mədəniyyət Mərkəzi Sumqayıtda açılıb. Sumqayıtdan nə bir incəsənət xadimi, nə tarzən çıxıb. Hansı səbəblə Şuşa Mədəniyyət Mərkəzi Sumqayıtda açılsın ki?  Şuşanın Mədəniyyət Mərkəzi Sumqayıtdan ayrılmalıdır. Bu gün Şuşa yenidən qurulur. Şuşalılar gələcəkdə Mədəniyyət Mərkəzinə getmək üçün Sumqayıta yola düşməlidir? Bundan başqa musiqi kolleci də Şuşada fəaliyyət göstərməlidir.

Milli Məclisin sədri Sahibə Qafarova isə bununla bağlı gələcəkdə addımlarım atıla biləcəyini deyib.

Xatırladaq ki, Şuşa rayon mədəniyyət evi Mədəniyyət Nazirliyinin müvafiq fərmani ilə 1956 – ci ildən fəaliyyət göstərir. 2016- cı ildən Şuşa rayon Mədəniyyət evi Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. 2017-ci ildə Şuşa rayon Mədəniyyət Mərkəzi Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində öz işini davam etdirir.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR