Logo

Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatdı - YENİLƏNİB

Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatdı - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Batumidə çökən binanın dağıntıları altından daha 2 nəfərin meyiti çıxarılıb.

Sfera.az xəbər verir ki, onlar ana və onun yetkinlik yaşına çatmayan uşağıdır.

Hadisə zamanı ölənlərin sayı 8-ə yüksəlib. Daha 1 nəfərin axtarışları üzrə işlər davam etdirilir.

***

Batumidə çökmüş binanın dağıntıları altından sağ çıxarılan 36 yaşlı qadın xəstəxanada vəfat edib.

Qeyd edək ki, bununla da hadisə nəticəsində ölənlərin ümumi sayı 6-ya çatıb.

08.45

***

Gürcüstanın Batumi şəhərinin 26 may küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən çökmə nəticəsində ölənlərin sayı artıb.

Sfera.az bildirir ki, Batumidə dağıntılar altından daha 1 nəfərin meyiti çıxarılıb. Onun azyaşlı olduğu bildirilir.

İndiyədək ümumilikdə 5 nəfərin meyiti tapılıb. Dağıntılar altında neçə nəfərin qaldığı məlum deyil.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR