Almaniyada dünyanın ən yaşlı nasistinin məhkəməsi başlayır
Almaniyada nasist dövründə yəhudilərə qarşı törədilən kütləvi qırğında rol oynadığı üçün 100 yaşlı keçmiş hərbi düşərgə gözətçisi Jozef Şuts mühakimə olunur.
Sfera.az xəbər verir ki, bununla da o, nasist Almaniyası dövründə törədilən cinayətlərə görə mühakimə olunan ən yaşlı şübhəli olub.
Jozef Şuts 1942-1945-ci illər arasında Berlinin şimalında yerləşən Oranienburqdakı Saşenhauzen düşərgəsindəki 3518 məhbusun öldürülməsinə bilərəkdən və könüllü şəkildə kömək etməkdə günahlandırılır.
Ona qarşı irəli sürülən ittihamlara 1942-ci ildə sovet əsirlərinin güllələnməsi, eləcə də edama kömək etmək və "Zyklon B” zəhərli qazından istifadə edərək məhbusların qətlə yetirilməsi daxildir.
Məhkəmənin mətbuat xidmətindən verilən məlumata əsasən, Jozef Şuts kimisə şəxsi güllələməkdə deyil, gözətçi olaraq bu hərəkətlərə macal verməkdə və belə cinayətlərin düşərgədə baş verməsindən xəbərdar olaraq hər hansı addım atmamaqda günahlandırılır.
Qeyd edək ki, 1936-1945-cu illərdə Saşenhauzen düşərgəsindəki həbsxanada əsasən yəhudilər, qaraçılar, rejim əleyhdarları və homoseksuallar da daxil olmaqla 200 mindən çox insan saxlanılırdı.Əzizə Zeynal






