ABŞ-dakı erməni diasporu İrana pul vəd edib? – Deputatdan ilginc açıqlama
Kateqoriya məlum deyil
"İran erməni qardaşlarının vəziyyətindən narahatdır".
Bunu Sfera.az-a açıqlamasında deputat Asim Mollazadə deyib. Millət vəkili Azərbaycan və İran rəsmilərinin mümkün görüşü barədə danışıb:
"İran rəsmi şəkildə bəyan etdi ki, Yerevana və Bakıya səfərlər təşkil etmək istəyir. Çox güman ki, onlar erməni qadaşlarının vəziyyətindən narahatdır. Ermənistan sülh istiqamətində hansısa addım atsa, bu İranın mövqelərini sarsıdacaq. Çünki İran maraqlıdır ki, Ermənistan yenidən revanşist addımlar atsın. Çox təəsssüf edirik ki, qonşu İran islam dəyərlərinə zidd siyasət yürüdən bir ölkəni dəstəkləyir".
Deputat İranın erməni diasporundan vədlər aldığını qeyd edib:
"Çox güman ki, İran xaricdə yaşayan, revanşist ovqatda olan erməni diasporu ilə sıx əlaqədədir. Hətta onlar ümid edir ki, erməni diasporu ABŞ-da sanksiya məsələsini qaldıraraq, onların milyardlarla dondurulmuş vəsaitini geri qaytaracaq. Erməni diasporunun bu istiqamətdə müəyyən işlər gördüyü və İrana vədlər verdiyi bilinir. Yəni İran-Ermənistan dostluğu tək bölgədəki proseslərlə yekunlaşmır".Əzizə Zeynal






