Erməni jurnalistdən təxribat xarakterli AÇIQLAMA: “Ağrı dağının Rusiyaya geri qaytarılmasını istəyirəm”
"Sputnik" xəbər agentliyinin, "Russia Today" telekanalının direktoru, erməni əsilli Marqarita Simonyanın son açıqlaması qalmaqala səbəb olub.
Sfera.az bildirir ki, jurnalist Rossiya-1 kanalının canlı yayımında "Qars və Ağrı dağının Rusiyaya geri qaytarılmasını istəyirəm” cümləsindən istifadə edib. Simonyan fikirlərini bu cür davam etdirib:
"Utancverici Qars anlaşmasına qədər, buralar Rusiyaya aid idi. Mən rus düşüncəsində olan insanam. Daha əvvəl Rusiyaya məxsus olan hər şeyi geri almaq istəyərəm. Brest-Litovsk anlaşmasına görə verilənləri də... O vaxt ölkəmizin nüfuzunun 30 faizini və böyük ərazilərimizi başqalarına verdik. Ağrı dağı Ermənistanın əsas simvoludur”.
Bir müddət Moskva Dövlət Universitetində araşdırmaçı olan tarixçi və akademik Mehmer Perinçek isə sosial media hesabından Simonyana cavab verib. O, jurnalistin düşüncələrinin təkcə Türkiyəyə deyil, həm də Rusiyaya qarşı olduğunu vurğulayıb.
Günay Rəsulqızı
Sfera.az






