“İran rəsmən üzr istəməlidir” – Politoloq cənub qonşumuzla barışığın şərtlərindən danışdı
"Münasibətlərin normala dönməsi birinci növbədə İrandan asılıdır".
Bunu Sfera.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Politoloq Azərbaycanın geri çəkilməyəcəyini qeyd edib:
"İranın iddiaları əsassızdır və qonşu dövlətin hesabın özünü geosiyası maraqlarını təmin etmək istəyir. Bu məsələnin içərisində Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin, xüsusilə də Zəngəzur dəhlizinin açılması dayanır. Bundan başqa, Gorus-Qafan məsələsini də buraya daxil etmək olar. İran istəyir ki, onların yük maşınlarından rüsum alınmasın. Lakin Azərbaycandan İrana yük daşıyanlar gömrük postunda vergi vermirlərmi? Hər şey beynəlxalq qanunlara görə tənzimlənir. İran "mən böyük dövlətəm" düşüncəsində vəziyyəti daha da gərginləşdirir. İranın Azərbaycana qarşı hərbi təzyiq etməsi də çox gülüncdür. Azərbaycan qalib ölkədir və bu gün regionda bütün prosesləri Azərbaycansız həyata keçirmək mümkün deyil. İran Azərbaycanın geri çəkiləcəyini düşünrsə, yanılır".
Politoloq həmçinin İranın qonşu dövlətlərlə münasibətinə də diqqət çəkib:
"Azərbaycan və Ermənistan rəhbərliyinin bu yaxınlarda görüşü planlaşıdırılır. Yəni bu gün Ermənistan bütün kommunikasiya əlaqələrinin açılmasını istəyirsə, o zaman İranın ortada quyruq bulamasına ehtiyac yoxdur. Bu gün Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan sülhün, əməkdaşlığın tərəfdarıdırsa, İran digər proseslərdəki kimi özünü oyundan kənara salır. Belə olacaqsa, İran buyurub Azərbaycan və Türkiyə ilə sərhədləri bağlasın. Bu gün sınıq-salxaq məhsullarını İraqa satan İran İraqla da münasibətləri kəskinləşdirib. Belə vəziyyətdə İran tərəfindən boşboğaz açıqlamalar verilir.
Ermənistan istisna olmaqla, bir qonşu dövlət göstərsin ki, İran onunla tam dostluq səviyyəsində əməkdaşlıq edir. Belə bir ölkə yoxdur. Zəif, darmadağın olmuş Ermənistanla İran nə edəcək? İran necə axmaqlıq edib Azərbaycan və Türkiyə ilə münasibətləri pozubsa, gəlib bu minvalla da da üzr istəsin".Əzizə Zeynal






