Logo

Paşinyan Litva açıqlamaları ilə ermənilərə və bizə hansı mesajları verdi? - Mövqe

Paşinyan Litva açıqlamaları ilə ermənilərə və bizə hansı mesajları verdi? - Mövqe
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dünən Ermənistan Baş naziri Nikol Paşinyan Litvaya səfəri çərçivəsində bu ölkədəki erməni icmasının üzvləri ilə görüşüb. Görüş zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ mövzusuna toxunub və bəzi maraqlı, həm də etirafedici açıqlamalar verib”.

Sfera.az bildirir ki, bunu politoloq Samir Hümbətov deyib.

Paşinyan bildirib ki, bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Müharibəyə yol verməməyin yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq.

Politoloq Paşinyanın bu açıqlamasını aşağıdakı kimi şərh edib:

"Ermənistan baş nazirinin açıqlamalarından aydın olur ki, o, hakimiyyətə gələn zaman anlamışdı ki, artıq danışıqlar dalana dirənib və konkret addımlar atmaq lazımdır. Təbii ki, həmin dövrdə və həmin vəziyyətdə müharibənin dadını tam şəkildə hiss etməyən və kənar qüvvələrə güvənən erməni cəmiyyətinə Paşinyanın nəyisə izah etməsi, həmçinin sülh müqaviləsinə qol çəkib sonra cəmiyyətə bunu izah etməsi çətin olardı. Ona görə də, Paşinyan müharibəni başlatmaqla erməni cəmiyyətinə üç mesaj vermiş oldu:

1) Azərbaycanın torpaqlarını mütləq sülh yolu ilə qaytarmalıyıq, yoxsa bizə rahatlıq yoxdur.

2) Məndən əvvəlki iqtidarlar sizi xam xəyallarla aldadıb və müharibəyə aparan prosesləri sürətləndirib.

3) Mühribədən əvvəl hər kəs ermənilərə dəstək olacağını söz versə də, müharibə zamanı seyrci mövqe tutmağa üstünlük verir”.

Politoloqun sözlərinə görə, Ermənistan baş naziri, həmçinin Şuşa məsələsinə toxunub və bildirib ki, bu gün əleyhdarlar Şuşa haqqında danışırlar. Bəs, 30 il ərzində Şuşada neçə yaşayış binası tikilib? Cavab verirəm, heç biri. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır:

"Paşinyanın belə bir açıqlama verməsi onu göstərir ki, Azərbaycan tərəfi danışıqlar zamanı Şuşanı da danışıqların əsas müzakirə mövzusu kimi gündəmdə saxlayıb. Ona görə də hətta Paşinyandan əvvəlki qüvvələr də Şuşa ilə bağlı qəti mövqedə ola bilməyiblər, Şuşanın əllərində qalması ilə bağlı ümidli olmadıqlarını anladıqları üçün orada tikinti işləri aparılmayıb.

Paşinyan bu görüşdə referendum məsələsinə də toxunaraq bildirib ki, əvvəlki hakimiyyəti dövründə referendum məsələsi də müzakirə edilib və erməni tərəfi Qarabağ azərbaycanlılarının da bu referendumda iştirak etməsinə razılıq verdiklərini bildirərək deyib ki, bəs azərbaycanlı sakinlər harada yerləşdirilməli idi?, əlbəttə əvvəl yaşadıqları yerdə.

Fikrimcə, Paşinyanın bu açıqlaması ümumilikdə vəziyyətin nədən ibarət olduğunu deməyə imkan yaradır. Əgər çox da uzun olmayan zaman kəsiyində Paşinyana qarşı hər hansı təxribat baş verməzsə, onun Azərbaycanla sülh danışıqları masasına oturması reallaşa bilər. Yaranmış mövcud durum həm erməni cəmiyyətini, həm Paşinyanı, həm də onlara dəstək olan qüvvələri buna vadar edir”.

Turan Rzayev
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR