Türkiyə səfiri Polad Həşimovun anası ilə görüşdü - Foto
Kateqoriya məlum deyil
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası ilə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə səfir Tvitter hesabında yazıb.
"Şəhid general Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Türkiyə bayrağını verdik, duasını aldıq. "Allah türk millətini qorusun! Cənab Ərdoğana və türk millətinə salamlarımızı çatdırın söylədi”, - deyə səfir qeyd edib.


Turan Rzayev






