Logo

“Türkiyənin S-400-lərə ehtiyacı olsa, bunu alacaq” – Şərh

“Türkiyənin S-400-lərə ehtiyacı olsa, bunu alacaq” – Şərh
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rusiya və Türkiyənin qarşılıqlı əməkdaşlıq etdiyi sahələr kimi uzlaşmadığı məsələlər də var. Bu, istər liderlərin görüşü öncəsi, istərsə də görüşdən sonra verilən açıqlamalardan görünür. Çünki geosiyasi baxımdan hər iki ölkənin milli maraqları var və bunların hər zaman üst-üstə düşməsini gözləmək doğru olmazdı”.

Bu sözləri Sfera.az-a türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə baş tutan görüşün pərdəarxası məqamları haqda danışarkən deyib.

Onun sözlərinə görə, Soçi görüşündə Prezident Ərdoğan və Putin əsasən iki ölkə arasında fikir ayrılığının yaşandığı məsələləri müzakirə edib:

"Mahiyyət etibarilə Rusiya və Türkiyə arasında Suriya, Liviya və Cənubi Qafqazla bağlı məsələlərin müzakirəyə ehtiyacı var idi. Düşünürəm ki, Soçi görüşündə bu məsələlər müzakirə edildi. Tərəflərin ortaq məxrəcə gərldiyi məsələr var. Xüsusi ilə Qarabağla bağlı müsbət addımların atılacağı realdır.

Suriyada əsaslı proseslərin baş verəcəyini də ehtimal etmək olar. Hansı ki Əsəd rejiminin də bu prosəsə qoşulacağı mümkündür. Suriyada Türkiyəsiz sülh məsələsi aktual deyil. Türkiyə ilə əməkdaşlıq istənilən halda Rusiyaya lazımdır.

S-400 məsələsinə gəldikdə isə, bu bir ehtiyac məsələsidir. Türkiyənin ehtiyacı olacağı təqdirdə bu ehtiyacı qarşılayacaq”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR