Logo

Bir sinifdə 50-60 şagird... - "Sıxlığa valideynlərin seçimləri səbəb olur"

Bir sinifdə 50-60 şagird... - "Sıxlığa valideynlərin seçimləri səbəb olur"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir neçə gündür məktəblərdə ənənəvi tədrisə başlanılıb. Qısa zaman keçməsinə baxmayaraq, artıq müəyyən şikayətlər səsləndirilir. Bunlardan biri də bir sinifdə 40-dan çox şagirdin olması ilə bağlıdır. Bəzi məktəblərdə bu rəqəm hətta 50-60 arasında da dəyişə bilir. Təbii olaraq, bu da valideynləri narahat edir.

Məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilov Sfera.az-a açıqlamasında deyib ki, ənənəvi tədrisin başlanacağı gün və ondan sorakı bir müddət müəyyən problemlərin yaşanacağı gözlənilən idi:

"Bəzi gözləntilər elə ilk gündən də özünü göstərdi. Valideynlərdən COVID-19 pasportunun tələb olunuması ilə bağlı onların məktəblərə buraxılmaması hallarından irəli gələn narazılıqlar, bir neçə ali məktəbin qarşısında yaranan izdihamla əlaqəli narahatlıqlar və.s sosial medianın gündəmi oldu. Bu və bu qəbildən olan digər problemlərin yaşanacağı bundan sorakı müddət üçün də istisna olunmur. Sadəcə, baş verə biləcək hadisələrə hazır olmalı, panika və ajiotaj yaratmamalı, anlaşıq göstərməliyik”.

Müsahibimiz qeyd edib ki, yarana biləcək hər hansı bir problem əsasən, sıxlıqla əlaqədar sanitar-epidemioloji şərtlərə əməl edilməməsi ucatından baş verə bilər:

"Bunun üçün də müəssisə rəhbərlərinə Pedaqoji və Elmi Şuraları ilə razılaşdırmaqla müstəqil  qərar qəbul etmək səlahiyyəti verilib. Başqa sözlə, vəziyyətə lokal şəkildə yanaşma tətbiq olunar. Rəsmi statistikaya görə, Azərbaycanda ötən il fəaliyyət göstərən məktəblərdə 85 626 sinif olub, bu siniflərin 49 minində şagird sayı 20-dən azdır və cəmi 311 sinifdə isə şagird sayı 40-dan çoxdur. Bu da təhsil sisteminin təxminən 0,4 faizində şagird sıxlığı problemi olacağı deməkdir.

Deməli valideynlər öz istəyi ilə müəyyən müəllimi və ya sinfi istəyərək bu sıxlığa şərait yaratmış olurlar. Bu baxımdan, bu məsələyə münasibətdə sıxlıq müşahidə olunan məktəblərin kollektivi daha diqqətli və ehtiyatlı, valideynləri isə daha səmimi və anlaşıqlı olmalıdırlar”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR