Logo

Prokurorluq minaya düşən şəxs barədə məlumat yaydı

Prokurorluq minaya düşən şəxs barədə məlumat yaydı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Bu barədə Sfera.az-a Qazax rayon prokurorluğundan bildirilib.

Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda istintaq davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR