Logo

Çörək əvvəlki qiymətinə qaytarıldı

Çörək əvvəlki qiymətinə qaytarıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda çörəyin qiymətini artıran şirkətlər sabahdan köhnə qiymətə qayıdacaqlar.

Sfera.az bildirir ki, bu barədə Oxu.Az-a "Nömrə 1” çörək firmasının satış müdiri Rahim Nizaməddinov məlumat verib.

O bildirib ki, çörəyin satış qiyməti aşağı salınıb.

"Bəzi çörəklərimiz 5, bəziləri isə 10 qəpik bahalaşmışdı. İndi biz onların qiymətini əvvəlki vəziyyətə qaytardıq”, - o bildirib.

Qeyd edək ki, son günlər ölkədə bəzi firmalar tərəfindən çörəyin qiyməti növündən asılı olaraq 5-10 qəpik artırılıb. Çörəyin qiymətində artım edən digər şirkətlər də sabahdan satışı əvvəlki qiymətlərlə həyata keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR