“İran kimisə dəstəkləməklə xoşbəxt edə bilsəydi...” - Açıqlama
Kateqoriya məlum deyil
"İran prosesləri yanlış istiqamətə yönləndirməyə çalışır”.
Sfera.az bildirir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O, İran prezidentinin bəyanatlarının rəsmi qurumların fəaliyyəti ilə daban-dabana zidd olduğunu bildirib.
"Onsuz da iki-üç ölkədən başqa İrana salam verən yoxdur. Bu məsələlərə İranda yaşayan soydaşlarımız da münasibət bildirməlidir. Bu günün sabahı da var. İran və ya Rusiya kimisə dəstəkləməklə xoşbəxt edə bilsəydi, əvvəlcə öz vətəndaşlarına gün ağlayardı”, - deyə Verdiyev əlavə edib.
Ekspert həmçinin zamanla bütün daşların öz yerinə oturacağını vurğulayıb: "İran riyakarlıqdan əl çəkməyə məcbur qalacaq”.
Xatırladaq ki, ötən gün Gorus-Qafan yolunda İran yük maşınlarının iki sürücüsü Azərbaycan polisi tərəfindən saxlanılıb. Yayılan sənədlərdə çatdırılma ünvanı "Stepanakert, Armenia” olaraq qeyd edilib.Günay Rəsulqızı






