Logo

Laçın dağlarında “toy”, Arzumanyanın istefası və Araikin “yox” cavabı – Nə baş verir?

Laçın dağlarında “toy”, Arzumanyanın istefası və Araikin “yox” cavabı – Nə baş verir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağda separatçı-terrorçuların ətrafında çəmbər daralır. Laçın dağlarındakı təlimlər – Türkiyənin işğaldan azad olunmuş ərazilərə gəlişi ruslara da, ermənilərə də siqnal oldu”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı separatçı-terrorçu rejimin qondarma "müdafiə naziri” Mikael Arzumanyanın istefa ərizəsini qondarma "rəhbəri” Araik Arutyunayana təqdim etməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Mikael qanunsuz erməni hərbi birləşmələrinin bölgədən çıxarılması zamanı "nazir” kimi qalmaq və qovulmuş "general” olmaq istəmir:

"Araik Mikaelin ərizəsini qəbul etməkdən imtina edib, lakin onun qaçacağı istisna deyil. Separatçılar ruslara da etibar edə bilmir. Görünür, Mikael Arzumanyan proseslərin inkişaf istiqamətini indidən anladığı üçün getmək niyyətindədir”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR