Logo

Göyüşovla Əli Həsənovun şantaj videolarındakı oxşar cəhətlər – Görüntülər eyni janrda olub?

Göyüşovla Əli Həsənovun şantaj videolarındakı oxşar cəhətlər – Görüntülər eyni janrda olub?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son zamanlar siyasilərə qarşı video şantajların sosial şəbəkələr vasitəsilə yayılaraq, ictimailəşməsi tendensiyasını müşahidə edirik.

İnternet azadlığı və imkanlarının zərərli tərəfi kimi tənqid olunan bu tendensiya bu günə qədər bir çox siyasətçinin karyerasına son qoyub. Qarşısının alınması və nəzarətə götürülməsi həm də texniki baxımdan kifayət qədər çətin olan prosesin davam etməsi isə təəssüfləndiricidir.

Sabiq millət vəkili Hüseynbala Mirələmovun köməkçisi olan xanımla qeyri-etik görüntülərinin ardından bu günlərdə hakim Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun seks videosunun yayılması isə prosesin dönməz xarakter aldığından xəbər verir. Bundan öncə isə "Yeniləşən dövlətə dəstək” ictimai birliyinin sədri Nəbi Qafarovla bağlı da anoloji videogörüntülər yayılmışdı.

Sfera.az xatırladır ki, bir müddət öncə Prezidentin sabiq köməkçisi Əli Həsənov da xüsusi açıqlama ilə çıxış edərək kimlərinsə video şantajına məruz qalmasını bildirmişdi. Əli Həsənovun iddiasına görə, onu tualetdə çəkilmiş hansısa görüntüləri ilə şantaj edirmişlər. İddialar var ki, Əli Həsənovu qorxuya salan və açıqlama verməyə məcbur edən video da təxminən eyni janrda olub.

Orxan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR