Logo

Bu ixtisasları seçənlərin işsiz qalma riski yüksəkdir - Ekspert açıqladı

Bu ixtisasları seçənlərin işsiz qalma riski yüksəkdir - Ekspert açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Bu il keçirilən qəbul imtahanları prosesi bəlkə də bu zamana qədər keçirilənlərin arasında ən çətin, gərgin imtahan prosesi idi”.

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Elvin Bədirli deyib. Müsahibimizin sözlərinə görə, prosesin çətinliyinin səbəbi həm də Dövlət İmtahan Mərkəzinin yaratmış olduğu qeyri-müəyyənliklər olub:

"Bunlar imtahan tarixlərinin bilinməzliyi, nəticələrin açıqlanması, jurnalların çox gec dərc edilməsi, ixtisas seçimlərinin nəticələrinin sentyabr ayına qalmasıdır. Hər zaman Dövlət İmtahan Mərkəzinin operativ işləməsinə alışmışıq, lakin son illərdə bunu görə bilmirik.  Ümid edirəm, növbəti tədris ilində fərqli və yaxşı imtahan prosesi görəcəyik.

İxtisas seçimlərində isə ən çox təəsüf etdiyim məqam odur ki, şagirdlər və valideynlər ixtisas və perspektivə yox, daha çox universitetin adına görə seçimlər edirlər. Seçimlər edərkən özlərinin bacarıq və şəxsi göstəricilərindən daha çox ixtisasların populyarlığı ön plana keçir”.

Ekspert qeyd edib ki, bu il ən gərgin mübarizə daha çox 3-cü ixtisas qrupu üzrə oldu:

"Müsabiqədən kəsilən abituriyentlər məhz bu qrupda idi, buna baxmayaraq,  bu ilki müsabiqə ötən ilki müsabiqəyə nisbətən 3-cü qrup üçün daha rahat keçdi. Ən çox tələbə 3-cü ixtisas qrupu üzrə imtahan versə də, ciddi bal göstəriciləri bu qrupda olsa da, təəssüf ki,  bu ixtisas qrupunun ixtisasları üzrə dövlət sifarişli yerlərin sayı azdır. Digər qruplarda az qala keçid balını toplayanlar ödənişsiz təhsil ala bildiyi halda, 3-cü ixtisas qrupu üzrə 300 baldan az toplayanların seçimləri məcburiyyətdən ya özəl, ya da bölgə universitetləri olur”.

E.Bədirli son illərdə populyar olan ixtisaslardan da söz açıb:

"Birinci ixtisas bloku üzrə kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyidir. Düzdür, bu ixtisaslar üzrə dövlət sifarişli yerlərin sayı da kifayət qədər çoxdur. Hətta çox kiçik ballarla müxtəlif universitetlərdə ödənişsiz təhsil almaq da olur. Ancaq bu qədər olan yer sayının olması gələcəkdə işsiz qalan İT istiqamətli məzunların sayının çox olmasına gətirib çıxaracaq”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR