Logo

Bayden “Taliban”ı tanımağa hazırlaşmır: “Qarşıda uzun zaman var...”

Bayden “Taliban”ı tanımağa hazırlaşmır: “Qarşıda uzun zaman var...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Bayden "Taliban"ı tanımaq üçün qarşıda uzun zamanın olduğunu bildirib.

Ağ Ev rəhbəri bunun üçün bəzi işlərin görülməli olduğunu diqqətə çatdırıb.

Maraqlıdır, Co Baydenin bu açıqlaması nəyə hesablanıb?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov Bayden hakimiyyəti dövründə "Taliban"ın ABŞ tərəfindən tanınmayacağını deyib:

"Bayden bu bəyanatla bəlkə də bildirmək istəyirdi ki, onun prezidentliyi dövründə Taliban hökuməti Amerika Birləşmiş Ştatları tərəfindən tanınmayacaq. Çünki "Taliban”ın Baydenin imicinə vurduğu zərbə son əsrdə Amerikaya vurulan ən böyük zərbədir. Bu zərbənin nətcələrini aradan qaldırmaq üçün onilliklər lazım gələcək.

Elə məhz buna görə də Amerika Birləşmiş Ştatları "Taliban”ı hansı şərtlər daxilində tanıya biləcəyi haqda heç bir qərara gəlməyib. Dünyanın müxtəlif ölkələri bu məsələdə tələsmək istəməsələr də artıq müəyyən şərtlər daxilində yeni yaranan hökuməti tanıya biləcəklərini bəyan edirlər. Məsələn, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Taliban ölkədə vətəndaş müharibəsinin qarşısını alarsa və qadınların da daxil edildiyi inkluziv hökumət qura bilərsə, o zaman onun tanınması barədə düşünmək olar. Amma bu, hələ tezdir və gözləmək lazımdır".

Politoloq ABŞ-ın "Taliban"la münasibətləri tamamilə pozmayacağını bildirib:

"ABŞ-ın "Taliban” rejimini tanımasına gəldikdə isə fikrimcə, bunun üçün uzun müddət lazım olacaq. Qeyd etdiyim kimi, Bayden hökumətinin bu rejimi tanıyacağını düşünmürəm. Bu hadisə növbəti prezidentlərin hakimiyyəti zamanı baş verə bilər. Təbii ki, əgər o vaxta qədər "Taliban” bu gün dünya dövlətlərinə verdiyi sözü tutarsa və onun qurduğu hökuməti tanıyan dövlətlərin sayı yetərincə olarsa...

Amma ABŞ-ın Talibanı tanımaması onunla bu və ya digər dərəcədə münasibətlər saxlamasının qarşısını almayacaq və Amerika administrasiyası "Taliban”la de-fakto münasibətlər saxlayacaq".

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR