Logo

“Vaksinasiyanın yaşı 12-yə endirilə bilər” – Həkimdən açıqlama

“Vaksinasiyanın yaşı 12-yə endirilə bilər” – Həkimdən açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ehtiyac yaranarsa, vaksinasiyanın yaşı 12-yə endirilə bilər".

Bunu Sfera.az-a açıqlamasında pediatr Sevda Novruzova deyib. Pediatr azyaşlılar üçün peyvəndin uyğun olduğunu qeyd edib:

"Virusun yayılma arealı genişlənir. Bu baxımdan yeniyetmələrin vaksinasiyası normaldır. Cavan orqanizmdə peyvəndlə bağlı hansısa problem, yan təsir yarana bilməz. İnsanları maarifləndirmək lazımdır ki, peyvəndləməyə cəlb olunsunlar. Əgər ehtiyac olarsa, peyvəndləmə 12 yaşadək endirilənə bilər".

Mütəxəssis 14 yaşdan yuxarı yeniyetmələrin xəstəliyi nisbətən ağır keçirdiyini bildirib:

"İndi daha çox 14 yaşdan yuxarı uşaqlar koronavirusa yoluxur və nisbətən ağırlaşma olur. Azyaşlı uşaqlarda isə əlamətlər 2-3 gün ərzində hiss olunur və xəstəlik yüngül keçir. Bu baxımdan 14 yaşında və bu yaşdan yuxarı olan yeniyetmələrin peyvənd olunması yaxşıdır".

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR