Logo

Füzuliyə ilk uçuşda niyə qazilər yox, media nümayəndələri iştirak etdi? - Aparıcıdan etirazlara CAVAB

Füzuliyə ilk uçuşda niyə qazilər yox, media nümayəndələri iştirak etdi? - Aparıcıdan etirazlara CAVAB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Füzulidə hava limanı açılıb, böyük uğurdur, misilsiz bir nailiyətdir -  8 aya dünyanın ən böyük təyyarələrini qəbul edə bilən beynalxalq hava limanını inşa etmək! Sevindiricidirmi? Bəli, adekvat adam buna sevinməlidir, çünki əhəmiyyətini anlayır".

Sfera.az bildirir ki, bunu aparıcı-bloger Azər Qərib deyib.  O, hər şeyə "mız” qoyan insanlardan şikayətlənib:

"Biri var, Qarabağın dirçəlişinə xaricdən və Bakıdan gələn yüklər maşınlarla daşınsın, biri də var, birbaşa hava yolu ilə gətirilsin. Hələ mən bütün hava limanlarının hərbi əhəmiyyəti haqda demirəm. Eyni zamanda, bunun təbliğat tərəfi də var - dünya görür ki, Azərbaycan qısa bir zamanda böyük infrastruktur layihələr keçirməyə qadirdir, Azərbaycan bu bölgəyə sülh, tərəqqi, əmin-amanlıq gətirir. Bunu dünyaya necə çatdırmalı? Media vasitəsi ilə. "Nəyə görə bunlar uçdu, qazilər qaldı" - demaqogiya deyilmi bu? Qazilər də, şəhid ailələri də gedəcək. Yoxsa, elə yalnız siz bəyənməyənlər yanırsınız onların gününə, yalnız sizmi onları düşünürsünüz?

Bu, ilk sınaq uçuşu idi, rəsmi açılış deyildi. Bəli, rəsmi açılış olanda da getmək arzusundayam, Şuşaya da gedəcəm, Kəlbəcərə də, Laçına da. Nəyə görə getməməliyəm, mənim də Vətənim deyilmi bu ölkə? Bu uçuşla media ona görə getdi ki, məhz media xəbəri yaymağa qadirdir. Mənim onminlərlə izləyicim var, onların arasında yüzlərlə xarici dostlarım, tanışlarım, kolleqalarım var, görsünlər, yaysınlar, istəyən sevinsin, istəməyənin iki gözü çıxsın bir deşikdən”.

A.Qərib qeyd edib ki, bu uçuş zamanı həm təyyarəni idarə edənlərin, həm salonda əyləşənlərin içində bir ehtiyat hissi var idi:

"Çünki heç kim bilmirdi ki, hansı təxribat ola bilər, o qədər gözügötürməyənlər var ki, o qədər bu hava limanını, bu uçuşları istəməyənlər var ki. Əgər adi vaxtlarda evdən növbəti səfərə çıxanda dalımca bir stəkan su atırdılarsa, bu dəfə bir vanna su getdi, aşağıda qonşular lodka almağı planlayırdılar. Yaxud biri deyir ki, "nəyimizə lazımdır Füzulidə hava limanı, nəyimizə lazımdır Laçında aeroport. Bu, yalnız pul silmək üçün edilib” və s.

Ay qardaş, büdcədən pul silmək üçün hava limanının tikintisinə ehtiyac yoxdur. 50 cür metod var, əziyyətsiz-filansız silmək olur, bir kağızı o masadan bu masaya qoymaqla. Niyə yaxşı şeylərdə mütləq neqativ axtaranlar diktə etmək istəyirlər yanaşmalarını? Sizin xəbəriniz varmı ki, ikinci Qarabağ müharibəsi zamanı Zaqatala hava limanının necə böyük rolu oldu qələbəmizdə? Bilmirsiniz? Amma bilənlər bilir”.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR