Logo

Açıq havada olan restoranlar da COVID-19 pasportu tələb edəcək?

Açıq havada olan restoranlar da COVID-19 pasportu tələb edəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu gündən COVID-pasportlarla bağlı Konstitutsiyaya zidd, vətəndaşların bərabərlik hüququnu pozan qaydalar qüvvəyə minib”.

Sfera.az bildirir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. O, qaydaların tezliklə ləğv ediləcəyinə tam əmin olduğunu deyib:

"Hələ ki, qüvvədədir, heç olmasa, qaydalara doğru əməl edilməsini tələb edək. Məsələn, kafe və restoranların ancaq qapalı hissələrində COVID-19 pasport tələb edilə bilər. Açıq havada olan masalarda əyləşmək üçün bu mənasız tələb qoyula bilməz! Hüquqi prosedur başlamışıq, bu qayda ilə bağlı Konstitutsiya Məhkəməsinə sorğu verəcəyik, görək necə izah edəcəklər. Belə bir  müraciət hüquq üçün, tarix üçün lazımdı”.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR