Logo

“Paşinyan qadınları da hərbi xidmətə çağırmağa məcbur qalıb” - Açıqlama

“Paşinyan qadınları da hərbi xidmətə çağırmağa məcbur qalıb” - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistanda qadınları hərbi xidmətə cəlb etmək istəyi, ciddi miqrasiya prosesi getdiyindən ölkədə kişi əhalisinin qıtlığından irəli gəlir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın orduda islahatlar çərçivəsində qadınları da hərbi xidmətə çağırmaq niyyətindən danışarkən, politoloq Qabil Hüseynli deyib:

"Ermənistanda ciddi köç prosesi başlayıb. Müharibədən sonra bu tendensiya daha da artıb. Ermənilər xüsusən də Rusiya və Avropaya üz tutur. Hətta Qarabağın dağlıq hissəsindən də erməni əhalisinin köçü başlayıb. Onlar da müxtəlif yollarla baş götürüb qaçır. Nəticədə Ermənistan ordusunun komplektləşməsində ciddi problemlər yaranıb. Düşmən ölkə ordusunu formalaşdırmaqda ciddi problemlərlə üz-üzədir. Bu ölkədə hərbi xidmətə çağırış prosesi çətinliklə 70 faiz hüdudunda təmin edilir”.

Həmsöhbətimiz bildirdi ki, demoqrafik problemin yaşanması Ermənistan hökumətini qadınları da orduya cəlb etməyə məcbur edir:

"Erməni gəncləri ailə qurmağa o qədər də meylli deyil. İqtisadi faktor prosesin qarşısını alır. Bu səbəbdən, Ermənistan əhali artımı istiqamətində ciddi problemlər yaşayır.  Bütün bunlar Paşinyanı qadınları da hərbi xidmətə çağırmağa vadar edir”.

Elçin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR