Logo

"Üçüncü ixtisas qrupu abituriyentlərinə ciddi haqsızlıq edilir” - 4 min nəfər universitetə daxil ola bilməyəcək

"Üçüncü ixtisas qrupu abituriyentlərinə ciddi haqsızlıq edilir” - 4 min nəfər universitetə daxil ola bilməyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Artıq 4 ildən çoxdur ki, ali məktəblərə qəbul imtahanlarından sonra 3 - cü ixtisas qrupu abituriyentlərinə ciddi haqsızlıq edilir”.

Sfera.az bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, 2022-ci ildə bu problemin həllinə nail olacağıq, amma bu il üçün əməli tədbir görülməlidir:

"Bu il üçüncü qrup üzrə təklif edilən yerlərin sayı abituriyentlərin sayından aşağıdır. Belə ki, 16 min 567  abituriyent 12 min 853 yer üçün mübarizə aparır. Ayrılan yerlərin sayı az olduğundan 4 minə yaxın abituriyent ali məktəbə qəbul ola bilməyəcək.

İkinci qrup üzrə isə 13 min 642 yer üzrə cəmi 8 min abituriyent mübarizə aparır. Bu qrupda 5 mindən  çox plan yeri boş qalacaq. Təhsil nazirliyi onsuz da yaz və payız sessiyasından sonra tələbələrin köçürülməsi zamanı 3 cü qrup abituriyentlərinə 2-ci qrupu seçmək imkanı verir. Deməli, indi də 3-cü qrup üzrə ali məktəblərə qəbul ola bilməyən abituriyentlərə 2-ci qrup üzrə ixtisasları 2-ci turda, boş qalan plan yerlərinə seçmək imkanı verilməlidir”.

Ekspertin fikrincə, bu, həm tələbələrin xaricdə təhsil almasının qarşısını almaq, həm də universitetlərin də iqtisadi vəziyyəti üçün vacibdir:

"2-ci qrup üzrə azı 5 min olan yerlər boş qalacaq. Bu da azı 12 milyon 500 min manat vəsait itkisidir ki, bu da universitetlərin iqtisadi inkişafına maneə yaradır”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR