Logo

“63 yaşlı bu siyasətçi xanım unutmamalıdır ki...” – Deputat Məlahət İbrahimqızına etiraz

“63 yaşlı bu siyasətçi xanım unutmamalıdır ki...” – Deputat Məlahət İbrahimqızına etiraz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Deputat Məlahət İbrahimqızı son müsahibəsində bir siyasətçinin etməməli olduğu xatalara yol verib".

Sfera.az xəbər verir ki, bunu hüquqşünas, media ekspert Ələsgər Əhmədoğlu deyib. Ekspert deputatın həddini aşan ifadələr işlətdyini bildirib:

"Deputat Məlahət İbrahimqızı son müsahibəsində bir siyasətçinin etməməli olduğu xətalara yol verərək, həddini aşan ifadələrdən istifadə edib. Cəmiyyəti cahillikdə qınayıb. Eyni zamanda Konstitusiya ilə müəyyən olunan hüquq və azadlıqları yox sayan, təmsil etdiyi qanunverici orqanın səlahiyyət çərçivəsini aşan ifadələr işlədib. 63 yaşlı bu siyasətçi xanım unutmamalıdır ki, 21 ildir, parlamentdə cahil dediyi toplumun təmsilçisi misyasını icra edir!".

Xatırladaq ki, deputat Məlahət İbrahimqızı təklif edib ki, vaksin olunmaqdan birbaşa imtina edən şəxslər ev həbsində qalmalı və onlar iş yerlərinə buraxılmamalıdır. Ardınca isə onlara inanmayanları cahil adlandırıb və deputatın bu sözləri sosial şəbəkələrdə etirazlara səbəb olub.

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR