“O vaksini hamıya vurmamış dayanan deyillər...” – Natiq Cəfərli
Kateqoriya məlum deyil
"Görünən odur ki, dünya ölkələri də, Azərbaycan hökuməti də qapanmaya, sərt "lockdown"a getmək istəmir”.
Sfera.az bildirir ki, bunu REAL partiyasının icraçı katibi , iqtisadçı Natiq Cəfərli deyib. O, qapanmaları çox bahalı və ciddi fəsadları olan addım adlandırıb:
"Dünyada da, bizdə də o vaksini hamıya vurmamış dayanan deyillər. Cəmi 2 doz olsa, dərd yarıdır. Düşünürəm ki, hər 6 aydan bir o iynəni hamıya yenidən vuracaqlar”.
N.Cəfərli qeyd edib ki, sentyabrdan etibarən vətəndaşların restoranlara COVİD pasportla buraxılması aləmi bir-birinə vuracaq: "Biznes də əziyyət çəkəcək, vətəndaşlar da...Yenə cərimələr, narazılıq, orta-kiçik sahibkarlığın baş bəlası..”.Günay






