“Ermənilər Qarabağa əsgər daşıyır, sülhməramlılar hara baxır?” - Elnur Allahverdiyev
Milli Məclisin deputatı Elnur Allahverdiyev ermənilərin Qarabağdakı son təxribatları və yeni mövqelər qurmaq cəhdləri ilə bağlı fikirlərini açıqlayıb.
Sfera.az xəbər verir ki, Türkiyə mediaasında yayımlanan məqalədə deputatın "hər şey sülhməramlıların gözü qarşısında baş verir" ifadəsi diqqət çəkib.Millət vəkili ermənilərin Qarabağda təmas xəttində yeni mövqelər yaratmaq cəhdləri barədə danışaraq Ermənistandan hərbi maşınların Qarabağa əsgər apardığını, yük maşınlarının İrandan qanunsuz olaraq Qarabağa gəldiyini və sülhməramlıların onları seyr etdiyini bildirib.
Bölgədəki sülhməramlıların üzərinə düşən vəzifəni icra etmədiyini və baş verənlərə tamaşa etdiklərini ifadə edən E.Allahverdiyev bunları deyib:
"Hər gün sülhməramlılarla yerli xalqın birgə hərəkətinin videogörüntülərini görürük. Erməni separatçı qrupları ora -bura hərəkət edir, mövqelər qurmağa çalışırlar. Laçından keçən yol demək olar ki, nəzarətsizdir və biz sülhməramlıların ərazidən keçən avtomobilləri "yoxladıqlarını" əks etdirən videoları gördük. Sürücüyə bir-iki sual verib, onu buraxırlar. Sanki sürücü and içir ki, maşında silahım yoxdur və Xankəndiyə səfərim dinc məqsədlidir. Ermənistandan Qarabağa əsgər daşlınır. İrandan Qarabağa yük maşınları gəlir. Bütün bunlar sülhməramlıların gözü qarşısında baş verir ”.
İnci






