Logo

“Azərbaycanda Türkiyə təcrübəsi tətbiq edilsin” – Mer seçkiləri yenidən gündəmdə...

“Azərbaycanda Türkiyə təcrübəsi tətbiq edilsin” – Mer seçkiləri yenidən gündəmdə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Mədəniyyət mərkəzi olan Şuşada mütləq seçkili meriya fəaliyyətə başlamalıdır. Həmçinin, respublika tabeliyində olan 14 şəhərdə mer institutu yaradılmalıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında qonşu ölkələrdə dəfələrlə mer seçkiləri keçirilsə də, Azərbaycanda hələ də bu istiqamətdə ilkin addımın atılmamasına münasibət bildirərkən, politoloq Cümşüd Nuriyev deyib.

"Azərbaycan qanunvericiliyinə görə idarəetmə sistemində dövlət və yerli bələdiyyə sistemləri mövcuddur. Lakin qanunvericilikdə mer seçkilərilə bağlı nüansa rast gəlməmişəm. Bu sahədə qanunvericilikdə bir qədər anlaşılmazlıq var. Həm bələdiyyə, həm də icra hakimiyyəti mövcuddur. Yaxşı olar ki, bu istiqamətdə Türkiyə təcrübəsi tətbiq edilsin”.

Ekspert düşünür ki, əslində Azərbaycanda 7 iyul tarixində Prezidentin verdiyi sərəncamla mer institutu sisteminə keçid asanlaşıb: "Bu sərəncamla ölkə 14 iqtisadi rayona bölündü. Yəqin ki, iqtisadi rayonlar əyalət kimi dəyərləndiriləcək. Burada həm Prezidentin nümayəndəsi olmalı, həm də yerlərdə mer seçkisi keçirilməlidir”.

Həmsöhbətimiz bildirib ki, meriya institutunun yaradılması və mer  seçkilərinin keçirilməsi üçün ya Milli Məclis tərəfindən qanun qəbul olunmalı, ya da Konstitusiyada dəyişiklik edilməlidir:"Yəni, bunun üçün ilk növbədə qanunvericilikdə dəyişiklik baş verməlidir. Əslində, referendum keçirməyə də ehtiyac görmürəm. Millət vəkillərinin yazılı müraciəti və yaxud Prezident Aparatının Qanunvericilik Şöbəsi tərəfindən qanunvericiyə ediləcək dəyişiklik layihəsinin hazırlaması ilə məsələni həll etmək olar”.

Rüfət SULTAN
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR