Logo

Zəngəzur dəhlizinin planı hazırlanır - RƏSMİ

Zəngəzur dəhlizinin planı hazırlanır - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən "Zəngəzur” nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd hissəsinin layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır".

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, sözügedən yolun uzunluğu 123, 8 km. olacaq, yol 4-6 hərəkət zolaqından ibarət olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR