Logo

Əfqanıstanla sərhəddə hərbi təlimlər başladı - Rusiya, Tacikistan və Özbəkistan bir araya gəldi

Əfqanıstanla sərhəddə hərbi təlimlər başladı - Rusiya, Tacikistan və Özbəkistan bir araya gəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əfqanıstanla sərhəd yaxınlığındakı Harb-Maydon poliqonunda Rusiya, Tacikistan və Özbəkistanın müştərək təlimləri başlayıb.

Sfera.az-ın RİA "Novosti”yə istinadla məlumatına görə, bu haqda Mərkəzi Hərbi Dairə xəbər verir.

Açılış mərasimində Rusiya tərəfini Mərkəzi Hərbi Dairə komandirinin müavini Yevgeni Poplavski, Tacikistan Silahlı Qüvvələrini isə müdafiə nazirinin müavini Abduxoşim Qulomzoda təmsil edib. Özbəkistanın adından iştirakçıları Baş Qərargah rəisinin müavini Fərrux Ziyabaev salamlayıb.

"Təlimin əsas məqsədi dövlətlərimiz arasında hərbi əməkdaşlıq bağlarını möhkəmləndirmək, qoşunların yüksək hərbi hazırlıq səviyyəsini və iradə gücünü təsdiq etməkdir. Müasir dünyada hərbi təhdidlər günbəgün artır, vəziyyət getdikcə daha da gərginləşir və nəzarətdən çıxır”,- deyə mərasim zamanı Poplavski bildirib.

"Döyüş təcrübəsinin sınanması, qoşunlardan istifadənin optimal formalarının və hərbi əməliyyatların aparılmasına ümumi yanaşmaların hazırlanması planlaşdırılır”, - deyə o, əlavə edib.

Təlimlər avqustun 5-dən 10 -dək davam edəcək. Ümumilikdə təlimlərdə təxminən 3 minə yaxın hərbçi və 500-ə yaxın silah və hərbi texnika iştirak edəcək.

Rusiya kontingentinin əsasını 201-ci hərbi bazanın bölmələri, o cümlədən dağ motoatıcı briqadalar, tank və artilleriya bölmələri, xüsusi təyinatlı qruplar, radiasiya təhlükəsizliyi, kimyəvi və bioloji müdafiə, eləcə də radioelektron mübarizə üzrə mütəxəssislər təşkil edəcək.

Təlimlər Əfqanıstanda vəziyyətin gərginləşməsi fonunda keçirilir. Amerika qoşunları mərhələli şəkildə bölgədən çıxarılır, bu proses hökumət qüvvələri ilə radikal "Taliban” hərakatı arasında qarşıdurmaların alovlanması ilə müşahidə olunur. Son aylarda  taliblər əhəmiyyətli bölgələri ələ keçirərək böyük şəhərlərə hücumlar edir.

Selcan

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR