Logo

Əsgər Akayev həbs edilərək, Qırğızıstan hakimiyyətinə TƏHVİL VERİLDİ

Əsgər Akayev həbs edilərək, Qırğızıstan hakimiyyətinə TƏHVİL VERİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qırğızıstanın birinci prezidenti hazırkı iqtidara təhvil verilib.

Sfera.az-ın haqqın.az-a istinadla məlumatına görə, Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat xidməti ölkənin ilk prezidenti Əskər Akayevin həbs edilərək, Bişkekə ekstradisiya edilməsi ilə bağlı sensasiyalı xəbər yayıb.

Xatırladaq ki, Ə. Akayevin devrilməsi ilə başa çatan ilk rəngli inqilabdan sonra keçmiş prezident Moskvaya köçərək, 2005-ci ilin martından orada yaşayırdı.

Elmlər Akademiyasının keçmiş prezidenti və Qırğızıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi bütün bu illər ərzində beynəlxalq axtarışda idi.

Əsgər Akayev 1992 -ci ildə "Kumtor” layihəsi ilə bağlı ümumi müqavilənin bağlanması, 1994-cü ildə sözügedən layihəyə  edilən dəyişikliklər, eləcə də 2003-cü ildə "Kameko” şirkəti ilə ümumi müqavilənin  restrukturizasiyası zamanı aşkar edilən korrupsiya faktı ilə əlaqədar aparılan  istintaq çərçivəsində saxlanılmışdı.

Selcan

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR