Logo

“Türkiyədə yanğınsöndürənlərimiz arasında ölən yoxdur” - FHN

“Türkiyədə yanğınsöndürənlərimiz arasında ölən yoxdur” - FHN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyədə yanğınsöndürmə əməliyyatında iştirak edən Fövqəladə Hallar Nazirliyi əməkdaşlarından birinin ölüm xəbəri yayılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu barədə xəbər əsassızdır və həqiqəti əks etdirmir.

"Əməkdaşlarımız arasında yaralanan və dünyasını dəyişən yoxdur. Yanğınsöndürmə işləri davam etdirilir”, - deyə G.Mehdiyeva bildirib.

Qeyd edək ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 320 əməkdaşı Türkiyədə yanğınsöndürmə əməliyyatlarında iştirak edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR