Logo

Makron İrəvana niyə gedir? – Politoloqdan açıqlama

Makron İrəvana niyə gedir? – Politoloqdan açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Fransa-Ermənistan münasibətləri xüsusi xarakterə malikdir, yəni Makron Ermənistana hansısa ölkənin başçısı kimi yox, xüsusi məqsədlə gedir".

Bunu Sfera.az-a açıqlamasında politoloq Araz Aslanlı deyib. Politoloq Makronun Nikol Paşinyanla görüşünü siyasi dəstəyin nümayişi kimi səciyyələndirib:

"Düzdür, Fransa müəyyən qədər Ermənistanla münasibətlərdə balans gözləyib, lakin 44 günlük müharibədə Fransada obyektivlikdən uzaq münasibət gördük. Makronun regiona deyil, Ermənistana səfəri ikinci Qarabağ savaşındakı mövqenin davamıdır. Fransa Ermənistanla Rusiyanın münasibətlərinin pozulmasına siyasi qazanc kimi baxır. Ona görə də bu istiqamətdə müəyyən addımlar atılacaq. Makronun səfəri həm də Ermənsitanın Türkiyə-Azərbaycan probleminin həlli üçün planlaşdırılır. Yəqin ki, bu səbəblə müxtəlif sənədlər imzalanacaq. Bu sənədlər siyasi dəstəyi özündə əks etdirəcək".

Ekspertin sözlərinə görə, Ermənistan Rusiyadan tamamilə qopmayacaq: "Fransa Rusiya üçün mütləq arzuolunmaz dövlət deyil. Rusiyanın da Fransa ilə əməkdaşlıq etdiyi məsələlər var. Makronun bu səfəri ilə Ermənistan Fransadan tamamilə qopub, Fransanın tərəfinə keçməyəcək".

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR