Logo

Azərbaycanda “halal otel” varmı? – Açıqlama

Azərbaycanda “halal otel” varmı? – Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Adətən otel dedikdə içkili əyləncə məkanı, gizli görüş yeri və.s düşünülür. Bu baxımdan əksəriyyətin otellərdə qalmaqla bağlı ciddi stereotipləri mövcuddur. Məsələn, bəzi şəxslər içkini, əyləncəni önəmli faktor hesab etsə də, digərləri əksini tələb edir. Nəticədə "halal otellər”ə ehtiyac yaranır.

Bu təcrübə dünyanın bir çox ölkələrində var. Elə qonşu Türkiyədə ilk ixtisaslaşdırılmış "halal otel” şəbəkələri 2000-ci illərin əvvəllərində fəaliyyətə başlayıb. Bu cür otellərin özəlliyi mətbəxində halal qidalardan istifadə edilməsi, alkoqolsuz içkilər, qadınlar üçün tam təhlükəsiz çimərlik və hovuzların yaradılmasıdır. Otellər ciddi şəkildə qorunur və kənar şəxslərin, nikahsız cütlüklərin məkana girişi mümkünsüzdür. Bu özəlliklər isə mühafizəkar insanların həmin otellərə etibar etməsinə imkan yaradır.

Maraqlıdır, Azərbaycanda "halal otel” standartına uyğun fəaliyyət göstərən məkanlar varmı?

Bununla bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, əvvəllər "halal otel” standartları keçmiş Turizm və Mədəniyyət nazirliyinin ekspertləri tərəfindən işlənsə də, məsələ yarımçıq qaldı:

"Türkiyənin təcrübəsindən istifadə edib "halal otel” konsepsiyasını həyata keçirmək olar. Lakin bunun üçün ən böyük maneə bu işə mütəxəssislərin cəlb olunmamasıdır. Əgər yüksək səviyyədə, işini sevən ekspertlər cəlb olunarsa bu mümkündür. Söhbət sadəcə diplomu olan, xaricdə oxuyub gələn şəxslərdən getmir. Hər sahədə olduğu kimi əsl mütəxəssislər var. "Halal turizm”i reallaşdırmaq, pandemiyadan sonra digər turizm sahələrini dirçəltmək, Qarabağda turizmin beynəlxalq standartlara uyğun əsasını qoymaq, təkan vermək üçün ilk növbədə sahəyə yaxşı bələd olan insanları cəlb edərək ekspert qrupu yaratmaq lazımdır. Lakin bu yoxdur”.

Müsahibimiz qeyd edib ki, hazırda Azərbaycanda otel biznesi çöküb: "Ölkədə "halal otel” standartına uyğun fəaliyyət göstərən hər hansı otel yoxdur. Bu cür otellərin yaranması baha başa gəlməsə də, gələcəkdə işlədilməsi ilə bağlı eyni şeyi demək mümkün deyil. Yaxşı menecer, idarəçilik üsulunu bilən şəxslərdən və həmçinin Türkiyə, müsəlman ölkələrindəki otellərin təcrübəsindən istifadə edib "halal otel”ləri elə işlətmək olar ki, içkilərin, digər bu kimi xidmətlərin əvəzi digər əlavə xidmətlər hesabına doldurular. Nəticədə qazancla işləyərlər”.

Bəs, Azərbaycanda hansı otellərdə diskoteka, barlar var? Bununla bağlı bir neçə otellərin özəlliklərini təqdim edirik:

Məşhur otellərdən biri olan "Relax HotelLerik” Lənkəran-Lerik yolunun 33cu km-də yerləşir. İstirahət mərkəzi ilin bütün fəsillərində yerli və xarici turistlərə xidmət göstərir və burada dincəlmək üçün hər bir şərait yaradılıb. Belə ki, burada Şərq  və Qərb üslubunda fəaliyyət göstərən restoranlar, barlar, diskotekalar, hovuz və spa mərkəzi, tennis kortu, tir, billiard, mini qolf  meydancaları, atcılıq və.s. növbənöv əyləncə kompleksləri fəaliyyət göstərir.
"AF Hotel & Aqua Park Complex” - Otelin təklif etdiyi xidmətlərə hovuzlar, akvaparklar, badminton, bilyard, idman əyləncə növləri, diskotekaya giriş daxildir.

"Olimpik Novxanı Otel” - Otel Abşeron yarımadasında istirahət bölgəsi olan Novxanı kəndində yerləşir. Burada qonaqlara böyük açıq-qapalı hovuz, uşaqlar üçün hovuz, fitness zalı, türk hamamı, par kabinaları (yaş və quru), böyük həcmli jakuzi, eləcə də, açıq tennis kortu, futbol və voleybol üçün meydançalar, 10 xətli boulinq zalı təqdim edilir. Həmçinin 3 restoran və 2 bar fəaliyyət göstərir. Bunlardan 2 restoran və disko bar mehmanxananın binasında,1 restoran və 1 bar isə açıq səma altında hovuzun ətrafında yerləşir.

"Grand Hotel Europe” -  Bu 5 ulduzlu otel 1997-ci ildən bəri fəaliyyət göstərən otel kimi Bakı şəhərinin simvollarından biridir. Oteldə bir sıra xidmətlərlə yanaşı,  "Olympus” spa salonu və fitnes mərkəzi, açıq və bağlı hovuz, bərbərxana və masaj salonu, buxar kabinəsi, Tunnel və "1033” gecə klublarına ödənişsiz giriş və qonaqlara 2 konfrans zalı təqdim olunur.
 
"Park Inn by Radisson” – Otel Xəzər Dənizi limanına və tarixi İçərişəhərə baxır. Bu məkan otel fitness zalı, bar və restoran, tam təchizatli full ekran televizorlu eleqant otaqlar təklif edir.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR