Logo

“Ermənilərin bu təxribatını fürsətə çevirməliyik” - Açıqlama

“Ermənilərin bu təxribatını fürsətə çevirməliyik” - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu, artıq açıq-aşkar təhdiddir və bizə imkan verir ki, tezliklə antiterror əməliyyatlarına başlayaq”.

Sfera.az bildirir ki, bunu politoloq Rusif Məmmədsoy bu gün Ermənistan silahlılarının Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutmasından danışarkən deyib.

O bildirib ki, Qarabağda bir dənə də olsun əlisilahlı erməni qalmamalıdır:

"Əks halda, bu proses belə də davam edəcək. İtkilər qaçılmaz olacaq. Bu mənada burada əsas məsuliyyət birbaşa rus sülhməramlılarının üzərinə düşür. Cavab verməlidirlər”.

Politoloq qeyd edib ki, bundan əlavə Zəngəzur məsələsi ilə bağlı son açıqlamalarımızdan sonra da narazı qüvvələr xüsusilə aktivləşib: "Ancaq faydası yoxdur. Bu sadəcə Azərbaycanın marağında deyil. Regional layihələr var və burada söz sahibi Ermənistan olmayacaq. İstənilən halda, bunu fürsətə çevirmək lazımdır. Ermənistanın noyabr və yanvar anlaşmalarına riayət etmədiklərini əsas gətirərək Xankəndiyə daxil olmalıyıq”.

Qeyd edək ki, ermənilərin atəşi nəticəsində bir hərbiçimiz yaralanıb.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR