Logo

“Həm Pantural, həm də Nadir Qafarzadə həbs olunmalıdır” – Tələb

“Həm Pantural, həm də Nadir Qafarzadə həbs olunmalıdır” – Tələb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün sosial şəbəkədə özünü "Pantural” kimi təqdim edən şəxs açıq-saçıq geyən qadınları tənqid edərək onlara tamah salmağa, həmin şəxslərə qarşı yanlış hərəkət etməyə haqq qazandıraraq, "qadınları zorlayın” deyə çağırış edib. Bu fikirlərə müğənni Nadir Qafarzadədən də dəstək gəlib.

İfaçının "başıaçıqları, şalvar geyənləri, feministləri zorlayıb iradımızı bildirəcəyik. Qarşı çıxan kişicikləri də... Hamımız bir olsaq, qeyrətlilərin qabağında heç kim dura bilməz” sözləri isə müzakirələri bir qədər də gərginləşdirib.

Səsləndirilən fikirlərlə bağlı Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova Sfera.az-a açıqlamasında bildirib ki, buna yalnız qanuni yolla cavab verilməlidir:

"Həm Pantural, həm də Nadir Qafarzadə ilə bağlı aidiyyatı qurumlar dərhal hüquqi tədbirlər görməlidir. Bu, ictimaiyyətə yönəlmiş məsələ olduğuna görə, hər ikisi həbs edilməlidir. Bu formada səslənən fikirlər hər şeydən əvvəl qanuna ziddir. Verilən cəzalar yalnız şəxslərə individual olmur, eyni zamanda çəkindirici rolu var, digər insanları da həmin əməli törətməməyə, çağırışları etməməyə təşviq edir. Əgər ciddi hüquqi tədbirlər görülsə, bundan sonra cəmiyyətdə belə məsələlərin müzakirəsinə yol verilməz. Amma bütün bunların fonunda, səsləndirilən fikirlər çox iyrəncdir. Biz BMT-nin bir neçə konvensiyalarına qoşulmuşuq, qadın hüquqları ilə bağlı öhdəliklərimiz var. "Açıq-saçıq geyinmək” ifadəsi nə deməkdir? Kimin ixtiyarı var ki, başqa bir insanın geyiminə qarışsın və rəy söyləsin. Bu rəydən başqa, əhalinin içində qadınlara qarşı kinin, nifrətin təbliğ edilməsi daha ağır haldır”.

Müsahibimiz qeyd edib ki, Pantural və Nadir Qafarzadə, o cümlədən onlara dəstək olan şəxslər barədə cinayət işi açılmalıdır:

"Çünki təhlükəli tendensiyadır və bunun hara kimi getməsini biz təsəvvür belə edə bilmərik. Bu çağırışa qoşula bilərlər və yüzlərlə qız övladlarımızın qurban olmaq ehtimalı var. Ümumiyyətlə, ictimai qınaqla yanaşı, həmin şəxslər bütün cəmiyyətə örnək ola biləcək məsuliyyətə cəlb edilməli, faşist düşüncə beşiyindəcə boğulmalıdır. Digər tərəfdən Nadir Qafarzadə "sənət adamı” sayılır. Sənətçilərin çoxu da açıq-saçıq geyinirlər, onların səhnə geyimləri var. Qafarzadənin fikirləri onlar tərəfindən də qınanılmalıdır. Bu cür fikirləri səsləndirənlər cəmiyyətdən təcrid olunası insanlardır. Hətta siyasi hakimiyyət bununla bağlı ciddi cəza mexanizmini işə salmalıdır”.
 

Digər müsahibimiz Ağ Partiyanın sədri Tural Abbaslı isə saytımıza açıqlamasında qeyd edib ki,  bunlar qanun çərçivəsindən daha çox, mənəvi məsələlər aspektinə daxildir:

"Bizim milli-mənəvi dəyərlərimizə, dinimizə, yaşam tərzimizə uyğun olmayan geyim tərzlərindən söhbət gedir. Yəni tənqid edilə, müzakirə oluna bilər, hətta kəskin fikirlər səsləndirilə bilər. Amma qanunsuz fəaliyyətə çağırış varsa, bu artıq başqa məsələdir. Mən milli dəyərlərimizə sadiq qalmağın, adət-ənənələrimizə, dini dəyərlərimizə hörmətlə yanaşmağın, xalqımızın , gəncliyimizin bu istiqamətdə inkişaf etdirilməsinin tərəfdarıyam. Güman edirəm ki, Pantural müraciətində daha diqqətli olmalı idi və daha uyğun sözlər seçməli idi. Hər halda ictimai qınağa çağıra bilər. Çünki bu geyim tərzi bizə yaddır. Lakin ictimai qınağı qanuna zidd fəaliyyətə çevirmək indiki məqamda doğru addım deyil.

Burada iki nüans var. Birincisi, Panturalın geyim məsələsinə yanaşması düzdür, amma geyimə göstərilən reaksiya yanlışdır. Sabah da əks düşüncədə olanlar çağırış etsin ki, məsələn, uzun ətək geyənlərin ətəyini çıxarın. Yaxud Türkiyədə hicabla universitetə girənlərin başını zorla açırdılar. Fikrimcə, bunlar yanlışdır və həmin məsələlər ictimai qınaq, təbliğat, müzakirələrlə öz həllini tapmalıdır. Radikal və qanuna zidd çağırışlarla deyil”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR