Logo

Rusiya nümayəndə heyəti AŞPA-nın toplantısını tərk etdi – Nə baş vermişdi?

Rusiya nümayəndə heyəti AŞPA-nın toplantısını tərk etdi – Nə baş vermişdi?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət Duması sədrinin müavini Pyotr Tolstoyun rəhbərlik etdiyi AŞPA-dakı Rusiya nümayəndə heyəti, iyulun 6-da etiraz əlaməti olaraq iclası tərk edib.

Sfera.az-ın pravda.ru-ya istinadla məlumatına görə, bu barədə Tolstoy özünün Telegram kanalında danışıb.

Onun sözlərinə görə, "Assambleya reqlamenti pozaraq toplantının gündəliyinə Salondakı parlament üzvlərinin deyil, bütün Assembleya üzvlərinin 3/2 səs çoxluğu ilə qəbul edilməsini nəzərdə tutan növbəti rusofob bəyanat daxil edib. Sözügedən bəyanatın müəllifləri isə bizə düşmən kəsilən qonşumuz Ukraynadır”.

Rusiya nümayəndə heyətinin üzvü, Federasiya Şurası beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Vladimir Cabbarovun  dediyinə görə, Tolstoyun ardınca, toplantıya videobağlantı ilə  qatılan rusiyalı  senatorlar və "Dövlət Dumasından olan həmkarlar" da iclası tərk ediblər.

TASS xəbər verir ki, qəbul edilmiş qətnamənin mətnində deyilir ki, ATƏT Parlament Assambleyası "Rusiya Federasiyasını Krımın qanunsuz işğalına son qoymağa, qoşunlarını, hərbi texnikasını və silahlarını yarımadadan geri çəkməyə ", eləcə də  "Qara və Azov dənizlərində, Kerç boğazında naviqasiya azadlığına dair bütün məhdudiyyətləri aradan qaldırmağa çağırır".

Selcan

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR