Sfera.az saytı MEDİA müsabiqəsinin qalibi oldu
Kateqoriya məlum deyil
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri açıqlanıb.
Qeyd edək ki, qaliblər siyahısında Sfera.az saytının da adı var. Digər qaliblərlə tanışlıq da sözügedən müsabiqənin obyektiv və şəffaf keçirildiyinin əyani təsdiqidir. Belə ki, ölkə gündəminə təsir gücünə malik olan xəbər portallarına maliyyə ayrılıb ki, bu da onlayn medianın inkişaf etdirilməsi baxımından olduqca mühüm addımdır.
Bu səbəbdən də Medianın İnkişafı Agentliyinə təşəkkürümüzü bildirir və quruma medianın inkişafı yolundakı fəaliyyətində uğurlar arzulayırıq.Sfera.az






