Çavuşoğlu ilə Lavrov arasında görüş başladı
Kateqoriya məlum deyil
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun bu ölkədə işgüzar səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla görüşü başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi tvitter hesabında məlumat verilib.
Görüş Antalyada baş tutub.
Görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın inkişafı, təhlükəsiz turizm, "Sputnik V” peyvəndinin Türkiyədə tətbiqi və istehsalı, Suriya, Liviya və Qarabağdakı vəziyyət müzakirə olunacaq.






