Logo

“Azərbaycan Tərtər çayının istiqamətini dəyişəcək, nə edək...” – David Babayanı qorxuya salan nədir?

“Azərbaycan Tərtər çayının istiqamətini dəyişəcək, nə edək...” – David Babayanı qorxuya salan nədir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Sabah onlar  başqa layihələrə keçə bilərlər. Məsələn, bizə təzyiq göstərmək üçün Kəlbəcər rayonu ərazisində su anbarı tikə bilərlər. Bu isə Sərsəngdəki suyun səviyyəsinə təsir edəcək və s. Daha sonra bizə təzyiq göstərməkçün Sərsəng suyundan istifadə etməkçün digər yollara əl ata bilərlər”.

Sfera.az xəbər verir ki, bu sözləri qondarma rejimin "xarici işlər naziri” David Babayan deyib.

Azərbaycan hidrotəzyiq siyasəti yürütdüyündən gileylənən David Babayan bunu gələcəkdə erməni xalqının "mavi soyqırımı"na səbəb olacağı təhlükəsindən söz açıb: "Azərbaycan Türkiyə ilə birlikdə bu sahədə müvafiq siyasət yürüdür. Hələlik yalnız hidrotəzyiqdən danışa bilərik. Daha sonra, bu hidroterrorizmə və digər formalara keçə bilər. Tərtər çayı üzərində aparılan işlərə diqqət ayrılmalıdır”

David Babayan deyib ki, Tərtər çayının yatağın istiqmətini dəyişdirsələr, bu, Azərbaycanın digər bölgələrinə də təsir göstərəcək: "Amma bu hazırkı vəziyyətdir. Sabah onlar başqa layihələrə keçə bilərlər. Məsələn, bizə təzyiq göstərmək üçün Kəlbəcər rayonu ərazisində su anbarı tikə bilərlər. Bu isə Sərsəngdəki suyun səviyyəsinə təsir edəcək və s. Daha sonra bizə təzyiq göstərməkçün Sərsəng suyundan istifadə etməkçün digər yollara əl ata bilərlər.

Hidroterrorizmin təzahürü Ermənistana münasibətdə xüsusilə təhlükəlidir, çünki Arpa və Vorotan çayları başlanğıcını Kəlbəcərdən alır. Özü də yalnız böyük çayların deyil, bəzi  kiçik çayların mənbəyi də o rayondadır.  Arpa və Vorotan Ermənistan üçün son dərəcə vacibdir, onlar Ermənistanın su ehtiyatlarının 80% -ini təşkil edən Sevan gölünə axır”.

O, deyib ki, Azərbaycan hidro-siyasətdə fəal iştirak edir və bu amildən Ermənistanla Qarabağın ermənilər yaşayan hissəsinəqarşı  əhəmiyyətli təzyiq rıçağı kimi istifadə edəcək:"Əvvəllər Artsax Ermənistanın su təhlükəsizliyini 100 faiz təmin edirdi. Amma hazırda Ermənistan və Artsax su təhlükəsizliyi baxımından dünyanın ən həssas ölkələri sırasına qatılıb”.

"Biz nə etməliyik? İndi  müttəfiqlərimizlə, xüsusən də Rusiya ilə yaxından əməkdaşlıq etməyimiz çox vacibdir. Ən azından Arpa və Vorotanın başlanğıcını aldığı rayonlarda ya rus sülhməramlılarının, ya da hər hansı beynəlxalq müşahidəçilərin olmasına nail olmalıyıq ki, Azərbaycanın bu arteriyaları zəhərləməsinin qarşısını alaq. Xalqımızın "mavi soyqırımı” nın qarşısını almaq üçün başqa imkanımız yoxdur”,- deyə David Babayan vurğulayıb.

Selcan

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR