Logo

Kremldən Putin-Bayden danışıqları ilə bağlı RƏSMİ AÇIQLAMA

Kremldən Putin-Bayden danışıqları ilə bağlı RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyunun 16-da  Cenevrədə Rusiya Prezidenti Vladimir Putinlə  amerikalı həmkarı Co Bayden arasında baş tutmuş danışıqları "müsbət” qiymətləndirmək olar.

Sfera.az-ın TASS-a istinadla məlumatına görə, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Rusiya liderinin mətbuat katibinin sözlərinə görə, sammit zamanı aydın olub ki, ABŞ-la hansı sahələrdə qarşılıqlı əlaqə qurmaq olar, hansı sahələrdə isə olmaz.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Baydenlə Vladimir Putin arasındakı görüşdən sonra "bu günün Rusiya üçün yaxşı bir gün olduğunu" söyləmişdi.

Xatırladaq ki, Rusiya və Amerika prezidentlərinin görüşü iyunun 16-da Cenevrədə "Villa La Grange” də keçirilib. Liderlər üç saat yarım  söhbət ediblər.

Selcan

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR