Logo

Vilayət Eyvazov rəisi işdən azad etdi - Yeni təyinat

Vilayət Eyvazov rəisi işdən azad etdi - Yeni təyinat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Dövlət Yol Polisində (DYP) növbəti kadr dəyişikliyi olub.

Sfera.az-ın unikal.org-a istinadən verdiyi məlumata görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Vüqar Orucov tutduğu vəzifədən azad olunub.

Nazirin digər əmri ilə, polis polkovnik-leytenantı Rafiq Məmmədov Qaradağ rayon DYP-nin rəisi təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Suraxanı DYP-nin rəisi vəzifəsində çalışıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR