Logo

“Paşinyanın bu təklifi havaya atılan boş güllədir...” – Minsk Qrupunu diriltmək cəhdləri

“Paşinyanın bu təklifi havaya atılan boş güllədir...” – Minsk Qrupunu diriltmək cəhdləri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Paşinyanın bu təklifi Minsk qrupunu canlandırmaq məqsədi güdür və Azərbaycan üçün qəbuledilməzdir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyanın Azərbaycan-Ermənistan sərhədinin mübahisəli hissəsində Rusiya, ABŞ və ya Fransadan olan müşahidəçilərin yerləşdirilməsi təklifinə münasibət bildirərkən, politoloq Əlimusa İbrahimov deyib:

"Paşinyan bu məsələdə vurğunu Qərbə edib. Beləcə o Qərbə tərəf reverans edir ki, ondan dəstək alsın. Sadəcə, situasiyadan asılı olaraq Moskvanın bundan qəzəblənməməsi üçün Rusiyanı da həmin sıraya qoşub”.

Həmsöhbətimiz bildirib ki, Paşinyanın bu təklifi həm də ATƏT-in Minsk qrupunu aktivləşdirməyə hesablanıb: "Amma Paşinyanın bu təklifi də havaya atılan boş güllədir. Boş yerə sərf edilən enerjidir. Levon Ter-Petrosyan bəyan etmişdi ki, dünyada Dağlıq Qarabağ məsələsində Ermənistanın tərəfini saxlayan qüvvə yoxdur. Ona görə ki, bu məsələdə Ermənistan haqsızdır. Bu mənada Paşinyanın sərhədin mübahisəli hissəsində ABŞ və Fransadan olan müşahidəçilərin yerləşdirilməsi təklifi Qərbə yaxınlaşmaq və balanslaşdırılmış siyasət yürütmək üçün atılan addımdır”.

Ə. İbrahimov təklifin reallaşacağına inanmır: "İrəvanın ATƏT-in Minsk qrupunu reanimasiya etmək cəhdləri əbəsdir. Təklif Azərbaycan üçün məqbul deyil və qəbul edilməyəcək.  Ona görə ki, Paşinyanın sərhəddə yerləşdirmək istədiyi qüvvələr Dağlıq Qarabağ münaqişəsinə münasibətdə neytral deyil. İndiki status-kvo isə Azərbaycanı təmin edir”.

Rüfət SULTAN

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR